4 İyun 2016 20:37
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dünya azərbaycanlılarını ona görə bir araya yığırıq ki, multikultural ənənələrimizi dünyada təbliğ edək. Dünyaya bu mesajı veririk ki, biz Azərbaycanın dünyada bu cür imicini formalaşdırmaq istəyirik".

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçkisi Əli Həsənov Dünya Azərbaycanlılarının IV Qurultayının yekun iclasında çıxışı zaman deyib.

Ə.Həsənov bildirib ki, dünya azərbaycanlılarının bu həmrəylik, birlik ideyası Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən irəli sürülüb. Lakin Cümhuriyyət cəmi 23 ay yaşadı və bu ideyanı həyata keçirmək mümkün olmadı.

PA rəsmisi deyib ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu ideyanı yenidən gündəmə gətirdi, 31 dekabr tarixi Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunmağa başlandı.

Ə.Həsənov qeyd edib ki, ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının qurultayının keçirilməsi təklifi ilə çıxış etdi: "Biz həmin qurultaya 3 il hazırlaşdıq. O dövrdə çətinliklərimiz var idi, çünki bizim həmrəyliyimizə qarşı çıxan qüvvələr var idi, ancaq biz bu işin öhdəsindən layiqincə gəldik".

PA rəsmisi bildirib ki, ümummilli lider Heydər Əliyev dünya azərbaycanlıların birliyini dövlət siyasəti səviyyəsinə qaldırdı.

Ə.Həsənov vurğulayıb ki, son qurultaydan indiyədək Disaporla İş üzrə Dövlət Komitəsi xeyli işlər görüb.

O qeyd edib ki, dünyada yaşayan azərbaycanlılar öz aralarında narazılıqların yaranmasına imkan verməməlidir, daim bir-birinə dəstək göstərməlidirlər: "Dünya azərbaycanlıları virtual məkanda da fəal olmalıdırlar. Dünya azərbaycanlılarının birliyi ona görə lazımdır ki, azərbaycançılıq hissləri, milli adət-ənənələr qorunub saxlanılsın. Artıq vaxtı çatıb ki, dünya azərbaycanlılarının iş adamları birliyi yaradılsın, Bakıda onun konfransı keçirilsin və qüvvələri səfərbər olunsun. Xarici ölkələrdə deputat kampaniyalarını maliyyələşdirmək imkanına malik iş adamlarımız var. Biz onların potensialını səfərbər etməliyik".

Ə.Həsənov əlavə edib ki, həmin birlik dünya azərbaycanlılarının birliyinin möhkəmlənməsinə də mühüm töhfə verəcək.


Müəllif:

Oxşar xəbərlər