Sabah Nizami Kino Mərkəzində Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi Ramiz Fətəliyevin 70 illik yubiley gecəsi keçiriləcək.
Teleqraf.com-a verilən məlumata görə, tədbirin təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyidir.
1970-ci illərin əvvəlindən başlayaraq Ramiz Fətəliyevin ssenariləri əsasında “Ömrün ilk saatı”, “Sizi dünyalar qədər sevirdim”, (“Azərbaycanfilm”), “Altıncı”, “Riskə getmədən” (M.Qorki adına studiya), “Şahidsiz”, “Təzə evlənənlər üçün çətir” ("Mosfilm"), “Ailə işləri”, “Həyatın xırdalıqları” (A.Dovjenko adına studiya), “Həyatın mənası” ("Özbəkfilm") kimi 50-dən çox film və serial çəkilib.
Ramiz Fətəliyev eyni zamanda “Hökmdarın taleyi”, “Bir anın həqiqəti”, ”Qraf Krestovski” kimi bədii və televiziya filmlərinin quruluşçu rejissoru olub.
Mədəniyyət sahəsində xidmətlərinə görə 1986-cı ildə Dövlət Mükafatına, 1998-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülən Ramiz Fətəliyev 2011-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
Nərmin