7 İyun 2016 13:39
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 7-si axşamdan iyunun 10-dək Azərbaycan ərazisində hava şəraitinin qeyri-sabit olacağı, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək.

Sabah isə Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. İyunun 8-də havanın temperaturu Abşeron yarımadasında gecə 16-21, gündüz 22-26, Bakıda gecə 18-20, gündüz 23-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 13-17 dərəcə isti olacaq.


Müəllif:

Oxşar xəbərlər