Azərbaycan Dövlət Kukla Teatrı Yunanıstandan qayıdıb.
Teatrdan Teleqraf.com-a verilən məlumata görə, Kukla Teatrı 28 may-6 iyun tarixlərində sözügedən ölkədə Azərbaycan Mədəniyyəti həftəsində iştirak edib.
Kollektiv səfərdə teatrın repertuarında xüsusi yer tutan və bir neçə beynəlxalq festivalda uğurla nümayiş olunan Kamran Şahmərdanın “Ağ və Qara”, Qurban Məsimovun “Çanta trio və ...”, eləcə də yeni səhnə işlərindən olan “Zəng” adlı mono-tamaşalarla çıxış ediblər.
Kollektiv bir həftə ərzində Afina, Haniya, Retimnon, İraklion, Sitian şəhərlərinin ən qədim teatr səhnələrində gündə bir neçə seans olmaqla ümumilikdə on tamaşa göstəriblər.
Teatrın baş rejissoru Qurban Məsimov bildirib ki, “Zəng” tamaşası yunan tamaşaçılarını ağladıb: “Bu mono-tamaşa Yunanıstanda İraqklion qalasında 1000 nəfərlik qədim teatr səhnəsində gecə saat 00.00-da “The best!- Fantastik! “ sədaları altında uğurla oynanıldı”.
Nərmin