8 İyun 2016 13:32
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Yaqub Zurufçu mərhum müğənni Gülağa Məmmədovu xatırlayan status paylaşıb.

Teleqraf.com xəbər verib ki, müğənni ötən gün sosial şəbəkədə özünü Gülağa Məmmədova borclu saydığını etiraf edib: “Bu gün mənim dostum Gülağa Məmmədovun anım günüdür. Mən Azərbaycana gəlməyimi, xalqımla möhtəşəm görüşümü və nailiyyətlərimi Gülağa Məmmədova borcluyam. Allah ona rəhmət eləsin! Gülağa müəllimin adına bağlı olan "Ana Kür" əsərini elə konsertimdə də ona ithaf etmişdim”.

Qeyd edək ki, Gülağa Məmmədov 1925-ci il iyunun 28-də Lənkəranın Kiçik Bazar adlanan məhəlləsində doğulub. Atası çəkmətikən, anası evdar qadın olub.

12 yaşında olarkən təsadüfən küçələrindən keçən bəstəkar Üzeyir Hacıbəyov məlahətli uşaq səsi eşidərək ayaq saxlayır. Gülağanın səsinə valeh olan bəstəkar həyətə keçir və balaca istedadla tanış olur. Dahi bəstəkarın kəşf etdiyi Gülağa sonralar xalqın sevimlisinə çevrilir.

Gülağa Məmmədov Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblında, Dövlət Musiqili Komediya Teatrında işləyib. 1952-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (hazırda Səid Rüstəmov adına) xalq çalğı alətləri ansamblının solisti olub. 1994-cü il iyunun 7-də vəfat edib.

Pərvin


Müəllif:

Oxşar xəbərlər