8 İyun 2016 13:44
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Toksikoloji zəhərlənmələr arasında sirkə turşusundan zəhərlənmələr üstünlük təşkil edir”.

Teleqraf.com-un xəbərinə görə bu barədə Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Şöbə müdiri bildirib ki, dəfələrlə sirkə turşusunun faizinin azaldılması ilə bağlı müraciətlər edilib: “Əvvəllər sirkə turşusu 85-90 faizlik buraxılırdısa, indi bu rəqəm 70-75 faiz arasıdır, amma yenə də ölüm faizi çoxdur. Hər ay xəstəxanaya sirkə turşusundan zəhərlənmə ilə bağlı 10-15 xəstə qəbul olunur.

Onların 80-90 faizi ağır və kəskin ağır vəziyyətdə gətirilir. İl ərzində 2 mindən çox xəstə toksikoloji mərkəzə ümumi zəhərlənmələrlə bağlı müraciət edir. 2 min müraciətdən 30-40 nəfəri ölümlə nəticələnir. Onların əksəriyyəti sirkə turşusu, psixotrop maddələr və tək-tək hallarda dərman zəhərlənmələri nəticəsində olur”.

Azər Maqsudov deyir ki, hər il xəstəxanaya müxtəlif zəhərlənmələrlə 300-320 nəfər uşaq daxil olur: “Onların 80 faizi yandırıcı məhlullar, 10 faiz məişətdə istifadə edilən kimyəvi məhsullar, 4-5 faizi isə polivitamin və antibiotik dərman preparatları ilə bağlıdır. Bəzən valideynlər ürək, təzyiq dərmanlarını uşaqların əliçatağı yerlərə qoyur və nəticədə ondan qəbul zəhərlənməyə səbəb olur”.

Zəhərlənmələr arasında spirtli içki, narkotik və psixotrop preparatlarla zəhərləmələrin də üstünlük təşkil etdiyini deyən şöbə müdiri qeyd edib ki, hər gün axşamlar 5-6 nəfər 25-40 yaş arası kişi sərxoş halda xəstəxanaya gətirilir: “Az miqdarda spirtli içkilər qəbul edildiyi halda xəstəxanaya gətirilir və bu da şöbənin fəaliyyətinə çətinlik yaradır”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər