Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik.
Qoç - uzaqgedən planlar qurmayan, şəraiti özünə yox, özünü şəraitə uyğunlaşdırmağa üstünlük verənlər üçün gün sakit və hətta xoş keçəcək. Lakin daha az çevik və müəyyən məqsədə çatmağa can atanların vəziyyəti qibtə ediləsi olmayacaq. Onların uğur şansı minimal, məyusluqları isə çox ciddi olacaq.
Buğa - bu gün üçün münasib olan məşğuliyyətlər yaradıcılıq, əl işləri, eləcə də qiraətdir. Səs-küylü məclislərdən və kübar həyatda fəal iştirakdan imtina etmək məsələhətdir. Aktiv istirahət, idmanla məşğul olmaq və fiziki iş yalnız günün birinci yarısında məqsədəuyğundur.
Əkizlər - gün gözlənilməzliklər, hazırlaşmağa macal tapmadığınız vacib hadisələrlə zəngin olacaq. Amma bunu dərd etməyin. Bu gün şəraiti göydə tutmağa, baş verənlərə dərhal reaksiya verməyə qadirsiniz. Düzdür, bu, çox yorucu olacaq. Günün sonunda hər şeydən çox sakit istirahətə ehtiyac duyacaqsınız.
Xərçəng - görmək belə istəmədiyiniz adamlar sizinlə ünsiyyətə can atırlar. Belələri ilə görüşləri təxirə salmaq məsləhətdir. Bu gün emosional cəhətdən zəifsiniz və arzuolunmaz təmaslar yersizdir.
Şir - alqı-satqı üçün əlverişli gün deyil. Pulu hətta ən yaxşı şeylərə xərcləməkdənsə, toplamaq yaxşıdır. Həyat potensialı aşağıdır. Nə qədər çətin olsa da, taqətdən düşməkdən qaçmaq lazımdır.
Qız - xeyli təlaş və narahatlıq olacaq - bəzən boş şeylər, bəzən isə tam ciddi səbəblər üzündən. Dərd orasındadır ki, nəyin həqiqətən vacib, nəyin vacib olmadığını heç cür təyin edə bilməyəcəksiniz. Məsləhət üçün yaşlı qohumlarınıza müraciət etməyə dəyər. Onlar vəziyyətdən baş çıxarmaqda sizə yardım edəcəklər.
Tərəzi - gün ailəli Tərəzilərə xeyli müsbət emosiya bəxş edəcək. Onlar yaranmış imkandan yaxınları ilə vaxt keçirmək üçün istifadə edəcəklər. Bürcün tənha nümayəndələrinə isə evdə oturmamaq məsləhətdir - maraqlı tanışlıqlar mümkündür.
Əqrəb - səhər saatlarında yaxınlarınızla mübahisələr gözlənilir. Günün ortasında isə harmoniya bərqərar olacaq. Siz tənqiddən incimir və eyhama eyhamla cavab vermirsiniz. Sülhpərvər əhval-ruhiyyənizin ətrafdakılara da sirayət etməsi üçün bir qədər vaxta ehtiyac var.
Oxatan - dava-dalaşlara səbəb olacaq, hətta, ən yaxın adamlarınıza da xoş olmayan sözlər deyəcəksiniz. Günahınızı yumaq asan olmayacaq. Bu gün yalnız bazarlıq üçün əlverişlidir. Böyük məmnuniyyət və ağılla pul xərcləyəcəksiniz. Yeni il hədiyyələri barədə düşünməyin vaxtıdır.
Oğlaq - ötən günlərin zəhmət və qayğısını sevinc, şənlik və layiqli istirahət əvəz edəcək. Gün çox uğurlu olacaq, bəzi Əkizlər heç bir səy göstərmədən uğur əldə edəcəklər. Köhnə tanışlarla görüşlər mümkündür. Onlar sizi gördüklərinə ürəkdən şad olacaq və xoş xəbərləri sizinlə bölüşəcəklər.
Dolça - əvvəlkilərlə müqayisədə daha az uğurlu olsa da, pis gün deyil. Diqqəti ev işlərinə cəlb etmək - komfort, interyer dizaynı və s. ilə məşğul olmaq mümkündür. Elm və araşdırma fəaliyyətində isə işlər bir qədər pis olacaq. Bu sahələrdə uğurlar cüzidir.
Balıqlar - bu gün sizin üçün kifayət qədər çətin olacaq. Sizə maraqlı və çox şey vəd edən kimi görünən işlə artıq başqası məşğul olur. Sizə qalan isə darıxdırıcı, yeknəsəq və yaradıcı yanaşma tələb etməyən məşğuliyyətdir. Bu gün sizi inciklik (ya konkret kimdənsə, ya da bütövlükdə həyatdan) idarə edəcək.