21 İyun 2014 13:22
1 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçmiş məhkumdan külli miqdarda marixuana götürülüb


Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Pirallahı Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupu və Cinayət-Axtarış Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Vladimir Şerbakovdan 12 kiloqramdan artıq marixuana götürülüb.

Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Fəxrəddin 490 qram marixuana götürülüb. /Trend/


Müəllif: