Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qobu qəsəbəsində yerləşən kafelərdən birində qeydə alınıb.
Kafedə iki müştəri arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. Mübahisə zamanı kafedə olan müştərilərdən biri digərini bıçaqlayıb.
Bıçaq xəsarəti alan 53 yaşlı Meydan Ağamuradov xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Meydan Ağamuradov komada olduğu üçün onu dindirmək mümkün olub.
Bu səbəbdən də cinayəti törədən şəxsin və hansı səbəbdən törətdiyi məlum deyil. Ilkin məlumata görə, hər iki şəxs hadisə zamanı sərxoş olublar.
Hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində tədbirlər görülür.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov