Bərdə rayonunda güclü yanğın hadisəsi baş verib.
Teleqraf.com-un Qarabağ bölgəsi üzrə müxbiri xəbər verir ki, hadisə Həsənqaya kəndi ərazisində, Balabəyli kənd sahə xəstəxanasının həyətindəki yardımçı binada qeydə alınıb.
Yanğının baş verdiyi tikilidə Kəlbəcərdən olan məcburi köçkünlər məskunlaşıb. Səhər saatlarında baş verən yanğın zamanı orda yaşayan Fatma Zeynalovaya və onun bacısı Şəfiqə Zeynalovaya məxsus ev əşyaları tamamilə yanıb.
Hadisə yerinə Bərdə yanğından mühafizə hissəsinin yanğınsöndürənləri cəlb edilib. Yanğının ətrafda olan otaqlara keçməsinin qarşısı alınıb.
Yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi deyilir.
Xalid Salmanbəyli