Bakının Yasamal rayonunda tikinti şirkətinə basqın edilib.
Teleqraf.com xəbər verir ki, hadisə Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən “Eurostroy-S” Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisində baş verib.
Özünü idmançı kimi təqdim edən Rafael Qarayev və Füzuli adlı tanışı bir qrup idmançı dostu ilə birlikdə şirkətin ofisinə basqın ediblər.
Onlar ofisi dağıdıb, şirkətin məsul əməkdaşları Bəxtiyar Təhməzov və İlqar adlı şəxsi xüsusi amansızlıqla döyərək onlardan pul tələb ediblər. Şirkətin ölümcül döyülən əməkdaşlarının hər ikisi 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdiriliblər.
Qeyd edək ki, sözügedən şirkət həmin ərazidə Azərbaycan Milli Elmlər Akademiyasının akademikləri üçün mənzillər inşa edir.
Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.
Hacı Zeynalov