Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bakıxanov qəsəbəsində yerləşən 271 saylı orta məktəbin həyətində qeydə alınıb.
Həmin məktəbin şagirdi, 15 yaşlı Rüstəm Camalov həmyaşıdı Bayraməli İmanovu bıçaqlayıb. Qarın nahiyəsindən ağır bıçaq xəsarəti alan şagird xəstəxanaya yerləşdirilib.
Məlumata görə, hadisə söyüş üstündə baş verib. Məktəblilər əvvəlcə “İnstagram” sosial şəbəkəsində şəkil altında mübahisə ediblər. Daha sonra onlar məktəbin həyətində mübahisələrini davam etdiriblər. Bu zaman Rüstəm Camalov bıçağa əl atıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov