Bakının Səbail rayonunda intihara cəhd olub.
Teleqraf.com xəbər verir ki, hadisə Səbail rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasına qeydə alınıb.
Orada saxlanılan Xəqani Məmmədov siqaret filtrini əridərək düzəltdiyi kəsici alətlə boyun, ayaq və əllərini doğrayıb. Xəqani Məmmədov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov