Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluqla bağlı yalan məlumat verməkdə təqsirləndirilən Samir Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Mirzə Xankişiyevim sədrliyi ilə keçiririlən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmü ilə təqsirləndirilən şəxs 5 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, keçən il dekabrın 30-da saat 18:52-də özünü Süleymanov Samir adı ilə təqdim etmiş şəxs FHN-in "112" xidmətinə zəng edərək Xaçmaz rayonunda yerləşən "Almas" şadlıq sarayında və rayonun istənilən yerində partlayış olacağını bildirib. Dərhal müvafiq əməliyyat tədbirləri həyata keçirilib, lakin məlumat təsdiqini tapmayıb. Zəngin Xaçmaz şəhər sakini, 53 yaşlı Şamil Süleymanov tərəfindən edilməsi müəyyən edilib və rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. O ilkin ifadəsində restorandan çox səs gəldiyini, bundan bezdiyini, ona görə bu cür hərəkət etdiyini deyib. Faktla əlaqədar cinayət işi başlanıb.
keçən il dekabrın 30-da saat 18:52-də özünü Süleymanov Samir adı ilə təqdim etmiş şəxs FHN-in "112" xidmətinə zəng edərək Xaçmaz rayonunda yerləşən "Almas" şadlıq sarayında və rayonun istənilən yerində partlayış olacağını bildirib. Dərhal müvafiq əməliyyat tədbirləri həyata keçirilib, lakin məlumat təsdiqini tapmayıb. Zəngin Xaçmaz şəhər sakini, 53 yaşlı Şamil Süleymanov tərəfindən edilməsi müəyyən edilib və rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. O ilkin ifadəsində restorandan çox səs gəldiyini, bundan bezdiyini, ona görə bu cür hərəkət etdiyini deyib.
Hacı Zeynalov