16 İyun 2016 14:30
1 951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda iş adamının xüsusi amansızlıqla qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

Xaçmaz rayon polis şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, bu gün evində qətlə yetirilən iş adamı İlqar Məmmədov əvvəllər orta məktəbdə müəllim işləyib.


Məlumata görə, sonradan İlqar Məmmədov bizneslə məşğul olmağa başlayıb. Onun Xaçmaz şəhərində bir neçə mağazasının olduğu bildirilir. Bu hadisəyə qədər İlqar Məmmədovun evindən oğurluq edilib. Bir neçə ay bundan əvvəl isə növbəti oğurluğa cəhd olunub. Güman olunur ki, İlqar Məmmədovun evinə gələn naməlum şəxslərin məqsədi oğurluq etmək olub. Ev sahibi ilə rastlaşan oğruların vəziyyətdən çıxış yolu kimi onu öldürdükləri ehtimal edilir.

Məlumata görə, İlqar Məmmədov həyat yoldaşından 3 il əvvəl ayrılıb. Onun bir qızı var və anası ilə yaşayır.

***

Xaçmaz şəhərində qətl hadisəsi baş verib.


Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Mirzə Fətəli Axundov küçəsində qeydə alınıb.


Xaçmaz şəhər sakini, 1963-cü il təvəllüdlü İlqar Məmmədov yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib. İlqar Məmmədov ticarət mallarının topdan satışı ilə məşğul olub.


Hadisənin kimin tərəfindən və hansı səbəbdən qətlə yetirildiyi məlum deyil.


Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər