Beyləqan rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon sakini, 1980-ci il təvəllüdlü Pərviz Məmmədov həyat yoldaşı, 1992-ci il təvəllüdlü Təhminə Məmmədlini qətlə yetirib.
Məlumata görə, hadisədən əvvəl ər və arvad arasında ailə münaqişəsi zəminində mübahisə yaranıb. Mübahisə zamanı Pərviz özündən 12 yaş kiçik olan həyat yoldaşını boğaraq öldürüb.
Daha sonra cinayətin izini itirmək məqsədilə Pərviz Məmmədov həyat yoldaşının intihar etdiyi görüntüsünü yaradıb. Amma hüquq-mühafizə orqanlarının əməkdaşları Təhminə Məmmədlinin qətlə yetirildiyini müəyyən ediblər.
Pərviz Məmmədov həbs edilib.
Faktla bağlı Beyləqan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov