Bakının Yasamal rayonunda evdən oğurluq edilib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Q.Xəlilov küçəsi, ev 8 ünvanında baş verib.
Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü Yeganə Vəliyevanın evindən 7 min manat pul və 80 min manat dəyərində qızıl əşyası oğurlanıb. Oğrular evin qapısını açar seçmə yolu ilə açıblar.
Faktla bağlı Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsində araşdırma aparılır.
Hacı Zeynalov