Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun D.Bünyadzadə küçəsi, 178 ünvanında qeydə alınıb.
Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Əjdər Rəhimovun evindən 5 min manat, 10 min ABŞ dolları, 15 min ABŞ dolları dəyərində qızıl əşyası oğurlanıb. Cinayəti törədənlər evə pəncərədə girmələri məlum olub.
Faktla bağlı Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsində araşdırma aparılır.
Hacı Zeynalov