23 İyun 2014 10:05
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bir şəxsin intihar etmək cəhdinin qarşısını alınıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər intihar məqsədilə tikilməkdə olan on altı mərtəbəli binanın damına çıxıb.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər tərəfindən vətəndaşla aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb.

İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 01:17-də başa çatıb.


Müəllif: