21 İyun 2016 17:33
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Ramiz İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən il sentyabrın 26-da Göygöl rayonunda, Bayraq Meydanı ərazisində 1978-ci il təvəllüdlü Hafiz Balaxanov yolu keçmək istəyərkən “QAZel” markalı yük avtomobili tərəfindən vurulub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Qəzanı törədən sürücü Ramiz İbrahimov noyabrın 2-də həbs edilib.

Hakim Zabil Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Ramiz İbrahimov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər