22 İyun 2016 10:00
2 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğuz rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Böyük Söyüdlü kəndində qeydə alınıb.

Kənd sakini, 1991-ci il təvəllüdlü Rəvanə Həbilova yaşadığı evdə özünü asaraq ölüb. Onun asılmış meyiti həyətlərində olan yardımçı tikilidən tapılıb.
25 yaşlı qızın hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Oğuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər