22 İyun 2016 12:09
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qadınları Türkiyədə satan mütəşəkkil dəstənin başçısı həbs edilib.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayon sakini, 1969-cu il təvəllüdlü Elvira Qurbanova həbs edilib.

Müəyyən edilib ki, Elvira Qurbanova əvvəllər Cinayət Məcəlləsinin fahişəliyə cəlb etmə maddəsi ilə məhkum olunub. O, bir neçə il əvvəl paytaxtda kirayələdiyi evdə qadınları fahişəliyə cəlb edib.
Buna görə məsuliyyətə cəlb olunan Elvira Qurbanova azadlığa çıxandan sonra qadın alveri biznesinə girişib. O, bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycan vətəndaşları olan qadınları Türkiyə Respublikasının İstanbul şəhərinə aparıb.

Elvira Qurbanovanın qadınları orada insan alverinə məruz qoyması faktı müəyyən edilib.

Faktla bağlı araşdırma davam etdirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər