22 İyun 2016 17:57
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ali Məhkəmədə narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən AXCP üzvü Elvin Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Elvin Abdullayevin cəzası 2 il 6 aya endirilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Qeyd edək ki, Elvin Abdullayev üzərində 3 qramdan çox heroin tapılıb. O, Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik maddələrin satış məqsədilə əldə edilməsi, saxlanması və s.) maddəsi ilə ittiham olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər