23 İyun 2016 09:36
2 412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda bir neçə gün əvvəl baş verən dəhşətli qətlin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, rayonun Aşağı Quşçu kəndində 1999-cu il təvəllüdlü Günay Gülməmmədovanın qardaşı tərəfindən qətlə yetirildiyi məlum olub.

Məlumata görə, Günay Gülməmmədovanı qardaşı, 22 yaşlı Ruslan Gülməmmədov qətlə yetirib. Ruslan Gülməmmədov polis tərəfindən həbs edilib.

Qeyd edək ki, iyunun 19-da, axşam saatlarında Aşağı Quşçu kəndinin yaxınlığında kolluqdan qadın meyiti tapılıb. Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Məlum olub ki, meyiti tapılan kənd sakini, 1999-cu il təvəllüdlü Günay Gülməmmədovadır. Onun başı kəsilərək öldürüldüyü bildirilir.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər