Xaçmaz rayonunda faciəli hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qoçaqlı kəndində qeydə alınıb.
Kənd sakini, Xalidə Süleymanova həyətində gilas yığarkən ağacdan yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Xalidə Süleymanova orada ölüb.
Məlumata görə, Xalidə Süleymanova satmaq məqsədilə gilas yığırmış. Amma sonda faciə ilə nəticələnən hadisə baş verib.
Hacı Zeynalov