Daxili İşlər Nazirliyi əməkdaşlarının bölgələrdə narkotiklərlə bağlı keçirdiyi əməliyyat tədbirləri davam edir.
Teleqraf.com xəbər verir ki, növbəti belə bir əməliyyatı Yevlax rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Aşağı Salamabad kəndində yaşayan, əvvəllər məhkum olunmuş İlkin İsrafilovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 12 kiloqram olan 23 ədəd çətənə kolu, yardımçı təsərrüfatdan isə 11,4 qram marixuana aşkar edilərək götürülüb.
Bundan başqa, Tovuz rayon polis şöbəsi əməkdaşları tərəfindən şəhər ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 213 kiloqram olan 640 ədəd çətənə kolu aşkar olunub.
Daha bir əməliyyatı Samux rayon polis şöbəsi əməkdaşları keçirib. Polis əməkdaşları tərəfindən rayonun Yenikənd kəndindənki meşə zolağında yabanı halda bitmiş, ümumi çəkisi 1 ton 155 kiloqram olan 3850 ədəd çətənə kolu tapılıb.
Oğuz rayon polis şöbəsi əməkdaşları tərəfində Muxas kəndi ərazisində ümumi çəkisi 1 ton 228 kiloqram olan 4296 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib.
Hacı Zeynalov