Bakının Xətai rayonunda evdən külli miqdarda qızıl oğurlanıb.
Teleqraf.com xəbər verir ki, iyunun 18-də Bakı şəhər sakini Əli Məmmədovun evindən 25000 manat dəyərində qızıl əşyalar oğurlanıb.
Əli Məmmədov evindən oğurluq edilməsi ilə bağlı Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsinə müraciət edib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən ev sahibinin 14 yaşlı qohumu tutulub.
Həbs olunan şəxsin azyaşlı olması ilə bağlı adı və soyadı açıqlanmayıb.
Hacı Zeynalov