Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bülbülə qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Ramil Əhmədov bacısı, 1991-ci il təvəllüdlü Ramilə Əhmədovanı bıçaqlayıb. Çoxsaylı bıçaq xəsarətləri alan Ramilə xəstəxanaya yerləşdirilib.
Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Hazırda yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəni törədən Ramil Əhmədov həbs edilib. O, dindirilmə zamanı törətdiyi cinayəti etiraf edib.
Məlum olub ki, Ramilə Əhmədova bir neçə ay bundan əvvəl “Facebook” sosial şəbəkəsində özünə səhifə yaradıb. Bu günlərdə isə bacısının həmin sosial şəbəkəyə girməsindən Ramil Əhmədov xəbərdar olub.
O, əvvəlcə bacısına həmin sosial şəbəkəyə girməsinə qadağa qoyub. Amma Ramilə özündən böyük olan qardaşının qadağalarına əməl etməyib. Bu səbəbdən də Ramil bacısını bıçaqla vurub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov