Qazax rayonunda bir neçə gün əvvəl baş verən dəhşətli qətlin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Xanlıqlar kəndi ərazisində qeydə alınıb.
Kənd ərazisində bir neçə gün əvvəl tapılan meyitin Gürcüstan respublikası vətəndaşı, 1997-ci il təvəllüdlü Elmira Tanrıverdiyevaya məxsus olduğu müəyyən edilib.
Polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat zamanı cinayətin Qazax rayon sakini, 1987-ci il təvəllüdlü Eldəniz Babayev tərəfindən törədildiyi məlum olub. Eldəniz Babayev həbs edilib.
Elmira Tanrıverdiyeva ilə Eldəniz Babayevin qeyri-rəsmi münasibətləri olduğu bildirilir.
Faktla bağlı Qazax rayon Prokurorluğunda cinayət işi başlanıb.
Hacı Zeynalov