Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Lökbatan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 40 yaşlı Nurlana Məmmədova yaşadığı evdə ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı həkimlər Nurlana Məmmədovada iki bıçaq xəsarətinin olduğunu bildiriblər. Hadisə barədə Qaradağ rayon Polis İdarəsinə məlumat verilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov