25 İyun 2016 10:34
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hədə yolu ilə tələb etməkdə təqsirləndirilərək 10 il müddətinə azadlıqdan məhrum edilən şair Saday Şəkərlinin apelyasiya şikayəti verib.

Teleqraf.com xəbər verir ki, Saday Şəkərli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətində barəsində çıxarılan hökmün ləğv edilməsini və bəraət hökmünün verilməsini istəyib.

Saday Şəkərlinin şikayətinə Bakı Apelyasiya Məhkəməsində, hakim Camal Ramazanovun icraatına verilib. Apelyasiya şikayəti üzrə ilkin baxış iclası iyunun 29-na təyin olunub.

İttiham aktına görə, Saday Şəkərli külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi 10 min manat məbləğində pul tələb edib.
O, Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilib.

Saday Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Bu il may ayının 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saday Şəkərli 10 il müddətinə azadlıdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər