Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun 28 May küçəsi 9 ünvanında qeydə alınıb.
Həmin ünvanda Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Vüsal Rəcəbov özünü öldürmək məqsədi ilə sirkə turşusu içib. O, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.
Hacı Zeynalov