Şəmkirdə avtomobilini başqa nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ilə idarə edən xanım sürücü saxlanılıb.
Teleqraf.com xəbər verir ki, iyunun 24-də Şəmkir rayonunun Seyfəli kəndində Goranboy rayon sakini Şəkər Namazova idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün həmin ərazidə xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma zamanı Şəkər Namazovanın təqdim etdiyi şəhadətnamənin və avtomobilin üzərindəki dövlət qeydiyyat nişanlarının Bakı şəhər sakini Asif Məcidova məxsus “Moskviç-412” markalı avtomobilə aid olması müəyyən edilib.
Şəkər Namazova öz avtomobilinə aid dövlət qeydiyyat nişanlarını və şəhadətnaməni saxlanc yerindən çıxararaq təqdim edib.
Şəkər Namazova saxlanılaraq Şəmkir rayon polis şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.
Hacı Zeynalov