Gəncədə intihara cəhd hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü Şakir Musayev sol saitin və qarın nahiyəsinin kəsilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.
Araşdırmalar zamanı məlum olub ki, Şakir Musayev intihar etmək məqsədilə özünə bıçaqla xəsarət yetirib. O, bildirib ki, əsəbşəldiyi üçün bu addımı atıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov