27 İyun 2016 11:32
3 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qadınları Türkiyədə satan 49 yaşlı qadının barəsində cinayət işi başlayıb.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Kəlbəcər rayon sakini, 1967-ci il təvəllüdlü Sevda Məmmədova həbs edilib.

Sevda Məmmədovanın Azərbaycan vətəndaşları olan qadınları Türkiyənin İstanbul şəhərinə aparıb və orada insan alverinə məruz qoyması faktı müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.1-ci (insan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə istintaq davam edir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər