Azərbaycanda iki nəfəri elektrik cərəyanı vurub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisələrdən biri bakının Nərimanov rayonu ərazisində qeydə alınıb. Tikintidə fəhlə işləyən Bakı şəhər sakini Xəqani Hacıyev elektirik cərəyanı vurması nəticəsində ölüb.
Daha bir hadisə Kürdəmir rayonu Şilyan kəndində qeydə alınıb. Kənd sakini Məhbubə Abuşovanı evində elektrik cərəyanı vurması nəticəsində ölüb.
Hacı Zeynalov