28 İyun 2016 12:44
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayonunda kütləvi dava olub.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Katex kəndində qeydə alınıb.

Kənd sakini Zaur Həsənov Balakən rayon polis şöbəsinə müraciət edib. O, bildirib ki, kənd ərazisində bir neçə nəfərlə mübahisə edib və bu zaman mobil telefonunu itirib.

Polis əməkdaşları tərəfindən Zaur Həsənovun həmkəndliləri Cumali Əbəçiyev və Coşqun Əbəçiyev tərəfindən döyülməsi, mobil telefonunun alınması müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onlar saxlanılıblar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər