23 İyun 2014 14:05
1 648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gündə cəbhə xəttində gərginlik yaşadıblar.

Teleqraf.com-un Qarabağ bölgəsi üzrə əməkdaşının verdiyi xəbərə görə, Tərtərin Qapanlı kəndində təsərrüfat sahələrinin atəşə tutulması isə dinc sakinlərdən birinin yaralanması ilə nəticələnib.

Hadisə ötən gün axşam saat 20 radələrində baş verib. Belə ki, təsərrüfat sahələrindən ot kipi yığan Qapanlı sakinləri erməni əsgərləri tərəfindən atəşə tutulub. Həmin vaxt sahədə olan traktorun sürücüsü Əliyev Namiq Nofəl oğlu ayağından güllə yarası alıb. Yaralı bir neçə dəqiqədən sonra sakinlər tərəfindən atəş altından çıxarılıb. Tərtər rayon mərkəzi xəstəxanasına yerləşdirilən yaralı dərhal əməliyyat edilib.

Qapanlı sakinləri bildirirlər ki, bu il biçin mövsümündə erməni silahlıları daha da aktivləşiblər. Sakinlər qeyd edib ki, ermənilərin mütəmadi olaraq atəşkəsi pozması nəticəsində onlar təsərrüfat sahələrində becərdikləri məhsulu yığa bilmirlər. Ermənilər, əsasən təsərrüfat sahələrini atəş altında saxlayaraq, kəndlilərin qış ehtiyatı görməsini əngəlləyirlər. Düşnən bir neçə gün öncə isə iki kənd sakininin qış ot ehtiyatını atəş açaraq yandırıb.

Daşqın Abdullayev


Müəllif: