29 İyun 2016 10:25
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərdab Rayon Prokurorluğunun həbsdə olan keçmiş müstəntiqi Rüfət Səfərovun cinayət işi məhkəməyə göndərilib. 


Teleqraf.com xəbər verir ki, Rüfət Səfərovun barəsində baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq yekunlaşıb. 


Cinayət işi üzrə material baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın günlərdə Rüfət Səfərovun cinayət işi hakim icraatına veriləcək. 


Zərdab Rayon Prokurorluğunda müstəntiq işləmiş Rüfət Səfərov bir müddət əvvəl "Prokurorluq haqqında" qanunun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. 


Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsilə (rüşvət alma (passiv rüşvətxorluq) - təkrar törədildikdə) cinayət işi başlanıb.


Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər