Bakının Xətai rayonunda iki qadın bir-birini döyüb.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun K.Kərimov küçəsində baş verib.
Həmin ünvanda Bakı şəhər sakinləri – 1992-ci il təvəllüdlü Fəridə Axundova və 1967-ci il təvəllüdlü Arzu Əzimova arasında mübahisə yaranıb.
Şəxsi münasibtlər zəminində yaranan mübahisə zamanı onlar bir-birlərini döyüblər.
Faktla bağlı Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsində araşdırma aparılır.
Hacı Zeynalov