29 İyun 2016 17:50
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Zülfüqar Qədirov və Rüfət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, məhkəmənin hökmü ilə Zülfüqar Qədirov 6 il, Rüfət Hüseynov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Binəqədi şosesi, dön 1 ünvanında 192 saylı xətt avtobusunda 2 nəfər naməlum şəxs Abşeron rayon sakini, 1962-ci il təvəllüdlü Telman Qasımzadənin cibindən 300 manatını oğurlayıb.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi və Baş Dövlət Yol Polisi İdarəsinin komendant bölüyü əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri – 1976-cı il təvəllüdlü Rüfət Hüseynov və 1980-ci il təvəllüdlü Zülfüqar Qədirov tutulub.

Saxlanılan şəxslərin hər ikisi eyni əmələ görə, əvvəllərdə məhkumluq həyatı yaşayıblar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər