23 İyun 2014 14:58
1 855
12 Punto 14 Punto 16 Punto 18 Punto

6 il 8 ay 18 gündən sonra həbs ediləcək

Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə təqsirli bilinən Mehri Həbibovanın işinə baxılıb.

Teleqraf.com-un xəbərinə görə, Lənkəran sakini Mehri Həbibova ötən ilin oktyabrın 24-də Dövlət Sərhəd xidmətinin “Astara” sərhəd nəzarəti məntəqəsində həbs edilib.

Məntəqədə Mehri Həbibovanın üzərinə baxış keçirilib. Baxış zamanı onun bədənində gizlətdiyi 133 qram heroin aşkarlanıb. Buna görə də Mehri Həbibovanın barəsində cinayət işi başlanıb.

Hakim Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə 6 il 8 ay 18 gün müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Mehri Həbibovanın himayəsində azyaşlı uşağın 8 yaşına çata qədər cəzasını təxirə salıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Mehri Həbibovanın cəzasının icrası 2018-ci ilin mart ayının 1-dən başlayacaq.

Hacı Zeynalov


Müəllif: