29 İyun 2016 23:26
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zorakılığa dözməyərək evindən qaçan qadın əri tərəfindən polisə verilib. Əri iddia edir ki, qadın evdən oğurluq edib.

Bu haqda "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

Qeyd olunur ki, adı açıqlanmayan qadın üzləşdiyi zorakılıq və böhtanla bağlı "Təmiz Dünya" İctimai Birliyinin rəhbərliyinə müraciət edib: "9 il ərdə olub. Ər rəsmi nikaha aparmayıb. Kişi əvvəlki həyat yoldaşından da ayrılıb, bir övladı var. Bu xanımdan isə övladı olmayıb. Xanım 9 il mütamadi zorakılığa məruz qalıb. Hər dəfə ayrılmaq istəyəndə, əri ata və qardaşını öldürəcəyini bildirib. Bir neçə dəfə cəhd göstərib. Ər bildirib ki, qaçsa onu oğru çıxaracaq. Sonuncu dəfə ölüm hədəsi ilə üz üzə gəlib və evdən qaçıb. Hazırda əri, oğurluq iddiası ilə polisə müraciət edib. İddia edir ki, qadın evdən 4min AZN, 5 min dollar və 5 min manat civarinda qızıl oğurlayıb. Polis araşdırma aparır. İş prakurorluğa verilib. Araşdırma zamanı qadının zorakılığa mütamadi məruz qalması nəzərə alınmır. Çox gəncdir. Qadın təşkilatlarına müraciət edirəm Bu xanımı xilas edək".

M.Zeynalova bildirir ki, son zamanlar zorakılığa dözməyib evi tərk edənlərə qarşı oğurluq ittihamı irəli sürülməsi adiləşib: "Araşdırma zamanı zorakılıq faktına diqqət etmək lazımdır. Kişilər bu formada əsarətlərini və zoru davam etdirmək istəyirlər. Qıza təklif edilir ki, barışsın, cinayət işi bağlansın. Lakin o bildirir ki, evə qayıdarsa mütələq ölüm təhülkəsilə üzləşəcək".

Ruslan


Müəllif:

Oxşar xəbərlər