Şəmkirdə bir nəfər spirtli içkidən zəhərlənərək ölüb.
Teleqraf.com xəbər verir ki, Şəmkir rayon sakini, 55 yaşlı Oktay Əmiraslanov zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib.
Məlum olub ki, Oktay Əmiraslanov qohumu, 52 yaşlı Elyar Əmiraslanovla yeyib-içiblər. Hər iki şəxs araqdan zəhərlənib. Elyar Əmiraslanov dünyasını dəyişib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
Hacı Zeynalov