1 İyul 2016 17:29
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Ucar rayon sakini, 1964-cü il təvəllüdlü Nadir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Teleqraf.com xəbər verir ki, Nadir Məmmədov 15 oktyabr 2015-ci il tarixdə, saat 7.25-də Ucardan Göyçaya gələrkən yol hərəkəti qaydasını pozub. Göyçay rayon Mallı-Şıxlı kəndi ərazisindən keçən yolun 5-ci kilometrliyində Feyruz Aslanova məxsus və etibarnamə ilə idarə etdiyi “Mersedes Benz-D 200” markalı avtomobillə piyadalar Zahid Hüseynov və Elnur Mikayılovu vurub. Piyadaların hər ikisi hadisə yerində ölüblər.

Nadir Məmmədov Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham edilib.


Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nadir Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.


Hökmdən narazı qalan Nadir Məmmədov apelyasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.


Nadir Məmmədov şərti cəza istəyib.


Hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə apelyasiya şikayətinə baxmaqdan imtina edilib.


Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər