Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Altun Hümbətov naməlum şəraitdə bıçaqlanıb.
Altun Hümbətov bıçaq xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, həyatı üçün təhlükə aradan qaldırılıb.
Araşdırmalar zamanı məlum olub ki, Altun Hümbətov Gəncə çayının sahilində bıçaqlanıb. Orada iki nəfərin dalaşdığını görən Altun Hümbətov onları aralaşdırmaq istəyib.
Bu zamanı həmin şəxslərdən biri ona bıçaq xəsarəti yetirib. Hazırda Altun Hümbətovu bıçaqlayan şəxslərin müəyyən edilməsi üçün tədbirlər görülür.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov