Bakının Binəqədi rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Xarici dairəvi küçəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Vüqar Kazımov binaların arasında yerləşən həyətdə şam ağacından özünü kəndirlə asaraq ölüb. Onun asılmış meyiti sakinlər aşkarlayıb və bu barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Məlumata görə, 32 yaşlı kişinin hansı səbəbdən intihar etdiyi məlum deyil. Onun ruhi xəstə anası ilə birlikdə yaşadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov