Cəlilabad rayonunda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, Cəlilabad rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluqla məşğul olan Cavid Qurbanov, Rəşad Məmmədov və Samir Əzizov həbs edilib.
Onlar ayrı-ayrı vaxtlarda rayon sakinlərinin mənzillərindən küllü miqdarda pul, qızıl-zinət əşyası və məişət avadanlığı oğurlayıblar.
Məlumata görə, dəstə üzvləri 10-dan çox evi qarət ediblər.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov