4 İyul 2016 12:14
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə 3-cü mikrorayonda qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1975-ci il təvəllüdlü Samir Verdiyev keçmiş həyat yoldaşı, 1984-cü il təvəllüdlü Tutuxanım Cəfərovanı yaşadığı evdə bıçaqlayıb.

Tutuxanım Cəfərova xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Məlumata görə, Samir Verdiyev əvvəllər məhkumluq həyatı yaşayıb. Bir neçə il əvvəl Tutuxanım Cəfərova ilə rəsmi nikahları pozulub.

Bundan sonra Tutuxanım Cəfərova ayrı evdə yaşayıb. İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Samir Verdiyev həbs edilib.
Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: