4 İyul 2016 13:05
1 850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda bədbəxt hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, Tovuz rayon sakini Yaşar Hümbətov rayonun Qaziqulu kəndindəki Tovuz su anbarında çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.

Oxşar hadisə Göyçay rayonunda da baş verib. Rayon sakini, azyaşlı Rövşən Quliyev hovuza düşərək boğulub.

Şəmkir rayonunun Yenikənd kəndində oxşar hadisə baş verib. Ağdərə rayon sakini Çingiz Qədimov su anbarında qayıqdan yıxılaraq boğulub. Onun meyiti sudan çıxarılıb.

Daha bir bədbəxt hadisə Bakının Sabunçu rayonunda qeydə alınıb. Bakı şəhər sakini Məmmədağa Manafov Sabunçu rayonunun Maştağa qəsəbəsində özünə məxsus evin dam örtüyündə təmir işləri görərkən yıxılıb. O, hadisə yerində ölüb.

Bundan başqa, iyulun 2-də Bakı şəhər sakini Pavel Litvinenko Binəqədi rayonu ərazisindəki mənzillərdən birində təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hacı Zeynalov


Müəllif: